Bazar ertəsi , Aprel 19 2021
Home / Dünya / Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan çıxarılacaqlar

Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan çıxarılacaqlar

Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar. MediAktiv.az “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Naziri Mixail Mişustin hökumət üzvləri ilə keçirdiyi əməliyyat müşavirəsində bildirib.

“Əməliyyat qərargahı (virusun yayılmasına qarşı mübarizə aparmaq üçün – red.) yaradılıb, vəziyyət nəzarət altındadır. Rusiya Federasiyasında bu infeksiyanın qarşısının alınması üçün milli plan imzalanıb və virus xüsusilə təhlükəli xəstəliklər siyahısına əlavə edilib. Bu, əcnəbi vətəndaşlarda belə bir xəstəlik aşkarlanacağı təqdirdə onların deportasiyasına imkan verəcək. Həmçinin təcrid və karantin daxil olmaqla xüsusi məhdudlaşdırıcı tədbirlər görüləcək”, – deyə Mişustin əlavə edib. Mişustin Rusiyada xəstəliyin yayılmasının qarşısını almaq üçün lazımi dərman və dərman vasitələrinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi Çinə humanitar yardım göndərəcək.

Həmçinin oxuyun

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən” qovuldu

Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların tör-töküntülərindən biri, qondarma rejimin “Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin “rəis …