Bazar ertəsi , Avqust 19 2019
Home / Dünya / Kürdüstana tam dəstək verildi: Bu iki türk şəhəri də xəritəsinə salındı

Kürdüstana tam dəstək verildi: Bu iki türk şəhəri də xəritəsinə salındı

Bərzaninin köməkçisi Xoşyar Zəbarinin evində keçirilən toplantının detalları bəlli olub.

Mediaktiv.az A24.Az – a istinadən həmin detalları diqqətinizə çatdırır: Bütün təkid və təzyiqlərə baxmayaraq, referendum keçirən Bərzaniyə İsrail və qərbli dəstəkçiləri referendumdan sonra Müstəqil Kürdüstan qurmaq yolunda təqib edəcəyi “yol xəritəsi” verib.

Son 20 gün ərzində Bərzani ABŞ, İngiltərə, Fransa və İsrail nümayəndələri ilə görüşüb və qapalı qapılar arxasında keçirilən görüşlərdə Bərzaniyə tam dəstək verilib. Bərzaninin qətiyyətlə “referendum keçiriləcək” deməsinin səbəbi İsrail və Qərbdən aldığı tam dəstəkdir. ABŞ-ın İraqı işğal etməsindən sonra, İraqın bölünməsi və kürdlərə muxtariyyət statusu verilməsini təmin edən, indi də ABŞ-ın Kürdüstandaki ilk səfiri kimi tanıdılan Peter Qalbraitın və ABŞ-ın eks İraq səfiri Zalmay Xəlilzad, Fransanın eks xarici işlər naziri Bernar Kuşnerin qatıldığı toplantıda Bərzaniyə son təlimatlar verilib. Bərzaniyə verilən vədə görə, Azad Kürdüstanın ərazisi getdikcə böyüdüləcək. Kərkük paytaxt olacaq, Mosul şəhəri də Kürdüstana veriləcək.

Türkman və ərəblər sürgün ediləcək. Kürd referendumu ilə yanaşı Suriyadakı muxtar bölgələrlə də bağlı qərar qəbul edilib. Suriyanın Afrin, Əl-Həsəkə, Münbiç, Əl-Qamışlı,Tel Abyad, Dirbəsiyə, Eynəl Ərəb kimi PKK işğalında olan bölgələrinin başına PKK-lılar gətirilib və bu bölgələrdə 2018-ci ilin yanvar ayında müstəqillik referendumu keçirilməsi planlaşdırılıb. Plana görə 2018-ci ilin ortalarında PKK ilə Kürdüstan ortaq ordu quracaq və yuxarıda sadalanan ərzailər də Kürdüstana veriləcək.

Bununla da Azad Kürdüstanın Suriya və İraq hissəsi tamamlanmış olacaq. Suriyanın Həsəkə, Deyri əz Zor və Rakka, İraqın Kərkük və Mosul bölgələrindəki zəngin neft və qaz yataqlarının da Müstəqil Kürdüstanın gələcəyi üçün nə qədər önəmli olduğu vurğulanıb. Suriya və İraqdaki neft yataqlarından gələn gəlirin 65%-nin saxta dövlətə verilməsi məsələsi də Bərzaniyə verilən vədlər arasındadır. Qeyd edək ki, Bərzani də referendumdan öncə Müstəqil Kürdüstan dövləti hissə-hissə qurulacaq demişdi. Bərzani Kürdüstanının İraq və Suriyadan sonra hansı dövlətin torpağına iddia edəcəyi maraq mövzusudur.

Vəsilə İbrahim
A24.Az

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir