Çərşənbə axşamı , Aprel 20 2021
Home / Dünya / LG mobil telefon istehsalını dayandırır

LG mobil telefon istehsalını dayandırır

Cənubi Koreyanın “LG Electronics” şirkəti mobil telefon bazarından çıxdığını elan edib.

MEDİAKTİV.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin hesabatında deyilir.

Bildirilir ki, qərar işin mənfəətinin olmamasından və yüksək rəqabətdən irəli gəlib. Şirkət daha əvvəl mobil cihazların istehsalını Vyetnam korporasiyası “Vingroup” və alman avtomobil istehsalçısı “Volkswagen”ə satılmasını müzakirə edib, lakin razılıq əldə olunmayıb.

Məlumata görə, “LG” mobil telefonlarının istehsalı 2015-ci ildən itkilərlə üzləşib ki, onların ümumi məbləği ötən il 4.4 milyard dollara yüksəlib.

Həmçinin oxuyun

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən” qovuldu

Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların tör-töküntülərindən biri, qondarma rejimin “Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin “rəis …