Cümə , May 29 2020
Home / Dünya / “Mançester Yunayted” klubunun 30 azarkeşi oyun zamanı ölüb

“Mançester Yunayted” klubunun 30 azarkeşi oyun zamanı ölüb

  Mançester Yunayted klubu həlak olanların yaxınlarına başsağlığı verib.

 Nigeriyada yüksək gərginlikli elektrik naqili “Mançester Yunayted” klubu azarkeşlərinin Avropa Liqasının matçını izlədiyi futbol mərkəzinin damına düşməsi nəticəsində 30 nəfər ölüb.

 Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.

 Xəbərdə bildirilir ki, hadisə Kalabar şəhərində baş verib. Şahidlər qeyd ediblər ki, onlar transformatorda alov görüblər. Bundan sonra yüksək gərginlikli naqil klubun damına düşüb.

 Nəticədə 28 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha 2 nəfər isə xəstəxanada ölüb.

 Yerli hakimiyyət orqanları hadisəni dəhşətli faciə adlandırıblar və yüksək gərginlikli xəttin altında klubun inşa edilməsinin qanunsuz olduğunu bildiriblər.

 “Mançester Yunayted” “Twitter”dəki səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …