“Pantone” Araşdırma Mərkəzi 2018-ci ilin rənginin adını açıqlayıb. MEDİKATİV.AZ-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mərkəz ultra bənövşəyi kölgəsinin gələn ilin rəngi olduğunu bildirib.
Şirkət bildirib ki, sözügedən rəng orjinallıq simvolu olduğu üçün yaradıcı insanlara ilham verə bilər.
Qeyd edək ki, “Pantone” artıq 2000-ci ildən etibarən növbəti ilin rəngini müəyyənləşdirir. Mərkəz yaşıl-sarı kölgəni cari ilin rəngi kimi tanımışdı.