Yaponiyada 2020-ci il Olimpiya Oyunları zamanı metrolarda robotların köməyindən istifadə olunacaq.
MEDİAKTİV primetime.az-a istinadən xəbər verir ki, 1.8 metrlik “Arisa” adlı robotlar metroda sərnişinlərə yolu göstərəcək və məlumat verəcək.
Yapon, çin, ingilis, və koreya dillərində danışacaq olan “Arisa” 2017-ci ildə keçirilmiş “International Robot Exhibition” sərgisində nümayiş olunub.