Çərşənbə , Fevral 19 2020
Home / Dünya / Maraqlı / Alban dövrünə aid tarixi abidə tapılıb

Alban dövrünə aid tarixi abidə tapılıb

   Balakəndə Qafqaz Albaniyası dövründə tikilmiş tarixi abidə tapılıb.

  Mediaktiv.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.

 Akif Məmmədlinin sözlərinə görə, Balakən rayonunun Qazbinə kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə, el arasında “Laçın qaya” adlanan qayalığın cənubunda bu günə qədər elmə bəlli olmayan, tarixi abidələrimizin siyahısına salınmayan yeni bir tarixi abidə aşkar edilib. Yeni tapılan abidə Qafqaz Albaniyası dövrünə aiddir və xristian məbədlərindəndir.

 Tarixçinin sözlərinə görə, naməlum şəxslər abidəyə xəzinə tapmaq ümidi ilə böyük ziyan vurublar.

Həmçinin oxuyun

İki il əvvəl itmiş “kabus” gəmi İrlandiya sahillərində göründü

İrlandiyanın Kork qraflığı sahilində Tanzaniya bayrağı altında üzən 77 metrlik MV Alta yük gəmisi qeydə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir