Çərşənbə , Aprel 1 2020
Home / Dünya / Maraqlı / Alimlər: Venerada əlverişli həyat şərtləri ola bilər

Alimlər: Venerada əlverişli həyat şərtləri ola bilər

NASA-nın Qoddard Kosmik Tədqiqatlar İnstitutu Veneranın bir milyard il əvvəldən sabit iqlim, maye su və digər uyğun yaşayış şərtlərinə sahib ola biləcəyinə dair nəticəyə gəlib.

Bu barədə “Science Alert” məlumat yayıb.

Planetin keçmişi suyun ümumi dövranını yenidən qurmağa imkan verən 3D GCM proqramından istifadə edərək modelləşdirilib. Daha sonra okeanların 10-dan 310 metrə qədər dərinlikdə olduğu və ya Veneranın bütün səthini əhatə etdiyi müxtəlif ssenarilərə baxılıb.

Modelləşdirmə nəticələri göstərdi ki, 4.2 milyarddan 700 milyon il əvvələ qədər Venerada 20-40 dərəcə isti temperaturda mayenin mövcudluğu şəraiti mümkün olub.

Tədqiqatçılar hesab edir ki, iqlim sabitliyi geokimyəvi karbon dövrü dağıldığında başa çatıb və bu zaman karbon qazı atmosferdən təbii halda silikat süxurlar tərəfindən udulma yolu ilə çıxarılıb.

Bu, intensiv vulkanik fəaliyyətlə əlaqədar ola bilər ki, bunun nəticəsində də maqma səthdə bərkiyər və qazın reabsorbsiyasının qarşısı alınar.

Həmçinin oxuyun

Şeytani plan: ABŞ Prezidentini öldürmək üçün… – KQB-nin ən qorxunc silahı

Sovet kəşfiyyatı (KQB) üçün xüsusi olaraq hazırlanan və dodaq boyasına bənzəyən, şeytanın belə ağlına gəlməyən …