Bazar , Sentyabr 26 2021
Home / Dünya / Maraqlı / Artıq pul köçürmək “Messenger” qədər yaxındı!

Artıq pul köçürmək “Messenger” qədər yaxındı!

       “Facebook” sosial şəbəkəsi “Messenger”in qrup çatlarında pulköçürmə funksiyasını işə salıb.

     Mediaktiv.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook”un bloqunda məlumat verilib.

    Hazırda yeni funksiya yalnız ABŞ-dan olan istifadəçilər üçün “Messenger”in veb-versiyasında və “Android” əlavəsində işləyir, yaxın vaxtlarda isə “iOS” versiyası da əlçatan olacaq.

        Həmsöhbətlərdən pul istəmək üçün istifadəçi ödənişlər menyusuna daxil olmalı və ona pul köçürməli olan qrup istifadəçilərini seçməlidir. Bundan sonra, ödənişin ümumi məbləğini və bir adamın adını yazmalıdır.

        Adı çəkilən istifadəçilər sorğunu aldıqdan sonra kartla pul köçürə biləcəklər. Bu zaman “Facebook” ödənişlərdən komissiya haqqı tutmayacaq.

        Qeyd edək ki, “Messenger”in dialoqlarında pulköçürmə sistemi 2015-ci ildən işə salınıb.

Həmçinin oxuyun

Bakı “İnstagram” üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı şəhəri “Instagram” sosial şəbəkəsində paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb. MEDİAKTİV.AZ-ın …