Çərşənbə axşamı , İyul 23 2019
Home / Dünya / Maraqlı / Ata qızına ər axtarır – 180 milyon dollara – FOTO

Ata qızına ər axtarır – 180 milyon dollara – FOTO

  Çinli milyarderdən qeyri-adi təklif – qızı ilə ailə qurana 180 milyon dollar verəcək. 

  Mediaktiv.az-ın İstiPress-ə istinadən məlumatına görə, Sesil Çao Çinin ən varlı insanlarından biridir. O, Honkonqda ən elit yaşayış kompleksi tikən iş adamıdır. Milyardları olan iş adamı özünə hər şeyi ala bilir – evlər, yaxtalar, təyyarələr və s. Onun milyardları ilə ala bilmədiyi bir şey var – qızının xoşbəxtliyi.

  Bütün atalar kimi Çao da 37 yaşlı qızı Cicinin ailə qurmasını və onu baba etməsini arzu edir. Ancaq qadının həyatı ilə bağlı planları başqadır. Belə ki, 37 yaşlı qadın cinsi azlıqdır və öz həmcinsi ilə sevgilidir.

  Buna baxmayaraq, 80 yaşlı iş adamı təslim olmaq niyyətində deyil – 2012-ci ildə o qızı ilə evlənəcək kişiyə 60 milyon dollar vəd etmişdi. İki il sonra o bu məbləği 120 milyona çıxarıb. Bu il isə rəqəm 180 milyona kimi qalxıb.

  Cici isə rəsmi şəkildə atasının təklifindən imtina edib və onun istədiyi həyatı yaşamaq niyyətində olmadığını deyib. “Qızın kimi səni xoşbəxt etməyi çox istərdim. Ancaq mənim haqqında təsəvvürlərin reallıqla üst-üstə düşmür”.

Həmçinin oxuyun

Dünya bu bacılardan DANIŞIR

Hindistanın Uttar Pradeş əyalətində maraqlı və bir o qədər ürəkdağlayan hadisənin üstü açılıb. 16-18 yaşlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir