Şənbə , Sentyabr 21 2019
Home / Dünya / Maraqlı / Azərbaycanda ilanlarla eyni evdə yaşayan ailə

Azərbaycanda ilanlarla eyni evdə yaşayan ailə

  Oğuzun Padar kəndində bir ailə ilanlarla birlikdə yaşayır. Nə qədər ürküdücü olsa da, illərdir öz evlərini ilanlarla paylaşan sakinlər bir çıxış yolu tapa bilmirlər.

Mediaktiv.az xəbər verirki, ailə başçısı Cəmşir Ələsgərov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində üzləşdikləri təhlükəni anladıb: “Bir neçə il öncə evdə ilana rast gəldim. Getdikcə onların sayı artmağa başladı”. Ailə üzvləri müxtəlif vasitələrlə bu təhlükəli heyvanlardan canlarını qurtarmağa çalışsalar da, heç bir faydası olmayıb. Çağırılmamış qonaqlarla bağlı kənd bələdiyyəsinə və icra nümayəndəliyinə də dəfələrlə müraciət edən C. Ələsgərovun səsinə səs verən olmayıb. İlanlı ev İki metrə qədər uzunluğu olan ilanların zəhərli olduğu ehtimal olunur. Xoşbəxtlikdən indiyədək ailə üzvlərindən kimisə sancmasalar da, bu təhlükənin baş verməyəcəyinə dair zəmanət də yoxdur. İndi Ələsgərovlar ailəsinin yeganə ümidi, məsələnin ciddiliyini nəzərə alaraq, mütəxəssislərin əraziyə baş çəkməsinə qalıb. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Oğuz rayon şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, evin ilanlardan təmizlənməsi Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətindədir. Həmin Mərkəzdən isə əksini diqqətə çatdırdılar ki, ilanların təmizlənməsi üçün lazım olan dərman preparatları yalnız rayon baytarlıq idarəsində olur. Görünən odur ki, Ələsgərovlar ailəsindən kimisə ilan sancmasa, hansısa faciə baş verməsə, heç bir qurum hərəkətə keçməyəcək.

Həmçinin oxuyun

Qocalmağın qarşısını almağın sirri açıqlandı

ABŞ-dakı Mayo Klinik sağlamlıq mərkəzi tərəfindən aparılan araşdırmada qocalıqda zəifləməyə səbəb olan hüceyrələri təsirsiz hala gətirən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir