Şənbə , Sentyabr 21 2019
Home / Dünya / Maraqlı / Azərbaycanda qeyri-adi quzu doğulub – FOTO

Azərbaycanda qeyri-adi quzu doğulub – FOTO

İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub.

Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, hadisə rayonun Əliqulular kənd sakini Yaqub Baxışəliyevin təsərrüfatında qeydə alınıb.

Təsərrüfat sahibi indiyə qədər ikiayaqlı və üçayaqlı heyvan görsə də belə bir quzu ilə rastlamadığını deyir. Belə ki, doğulan quzunun alt çənəsi üst çənəyə bitişmədən aşağıda qalıb. Eyni zamanda quzunun qulaq orqanları və alt çənəsi boğaz nahiyəsinə doğru yerini dəyişib. Bu isə heyvanın qidalanmasına xeyli çətinlik yaradır.

Yeni doğulan quzu artıq 3 gündür yaşayır. O, qidalanmaqda çətinlik çəksə də digər quzular kimi normal qaçıb, yeriyir, həmçinin qoyun-quzu ilə birgə gəzir.

Həmçinin oxuyun

Siesta

Hələ Qədim Romada günorta yeməyindən sonra istirahət etmək kimi bir anlayış var idi. Yunanıstanda bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir