Cümə axşamı , Oktyabr 24 2019
Home / Dünya / Maraqlı / Bakıda yolun ortasında qəfil peyda olan “ruh”lar – VİDEO

Bakıda yolun ortasında qəfil peyda olan “ruh”lar – VİDEO

Gecə vaxtı Bakıda yolun hərəkət hissəsini ruh kimi keçən bir neçə piyadanın görüntüsü avtomobildə quraşıdırlmış videoregistrator tərəfindən qeydə alınıb.

  Mediaktiv.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Avtosfer.az-a oxucu tərəfindən göndərilən videodan da göründüyü kimi, yaxınlıqda piyada keçidinin olmasına baxmayaraq bir qrup gənc yolun müəyyən olunmayan hissəsindən keçərək avtomobillərə təhlükə yaradıblar.

Qayda pozmaqları bir yana, yolu elə asta keçirlər ki, sanki bunlar haradan necə gəldi istəsələr elə də keçə bilərlər. Onların sərxoş halda olduğu ehtimal edilir.

Gecə piyadaların vurulması halları ilə bağlı aldığımız xəbərlərin əksəriyyəti bu cür intizamsız, savadsız və lovğa insanların ucbatından baş verir. Və sonda həm öz həyatlarını itirirlər, həm də ki, sürücülərin həyatını məhv edirlər.

Həmçinin oxuyun

“YouTube”da ilk dəfə şərh 1 milyon “layk” yığdı – FOTO

BERLIN, GERMANY – NOVEMBER 19: The Logo of video-sharing website YouTube is displayed on a …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir