Cümə , May 29 2020
Home / Dünya / Maraqlı / Bir payız səhəri

Bir payız səhəri

Hər fəsil özünəməxsus əlamətləri ilə yadda qalır. Yaz gül-çiçəyi, yay bol məhsulu, payız xəzanı, qış şaxtası, boranı ilə tanınır. Payız soyuq günlər üçün hazırlıq məqamıdır. İlk payız yağışından sonra təbiətin mənzərəsində əsaslı dəyişikliklər olur. Həzin külək saralmış yarpaqları ətrafa səpələyir. Sanki yerə tökülən yarpaqlardan əlvan xalı sərilir.
Səhər sübh tezdən payız günəşinin sayrışan şüaları altında parlayan şeh damcılarını seyr edə – edə, həmdə tələsə – tələsə işə gedirəm. Yolumu Heydər Əliyev prospektindən salıram. Şəhərimizin gözəl payız görkəmi adamı valeh edir. Xatırlayıram keçmişi, bu küçəni keçərək keçirdiyim neçə payız fəslini,… düşür bir-bir yadıma səliqəsiz binalar, palçıqlı küçələr… O zamanlar heç kim düşünməzdi ki, bir gün gələcək bu küçələr ən müasir görkəmini alaraq fəsilləri qarşılayacaq. Addımladığım səkidə gedişimi yavaşladır ətrafdan ötən insanların xoş, gülərüz və sabaha olan inamlı baxışları. Adımmlarımı azaltdıqca məktəbə doğru tələsən şagirdlərdə belə payızın gəlişinə məmnunluq hissi olduğunu duyuram, axı onları isti, müasir məktəb gözləyir. Bir az irəlidə mənə doğru gələn iki yaşlı nənə payızın səhər mehini sinələrinə çəkərək söhbət edirlər.
– Havalar yaman soyuyub, artıq qış qapıdadır, payız bizə qarşıdakı sərt qışdan xəbər verir. Özümdən asılı olmayaraq nənələrin söhbətlərinə qulaq verməli oluram. Yaşı 70-i haqlamış nənələrin qış nə qədər soyuq olur olsun əvvəl bizim çəkdiyimiz əziyyətləri indi övladlarımız çəkmir. İndi istiliyimiz, rahat yaşayışımız var. Dövlətimiz var olsun ifadələri soyuqdan üşüyən bədənimə bir istilik gətirir.
Hələ də nənələrin yanında qeyri ixtiyari dayanıb söhbətlərinə qulaq verirəm.
– Onların söhbətləri davam edir. Keçmişi xatırlasaq bu küçəni rahat keçə bilmirdik. Hələ payızın gəilişi insanlara dərd olurdu. Yaxşı şəraitimiz yox idi. İnsanlar çox əziyyət çəkirdi. Havaların soyuması da bizi çox çətinliyə salırdı. Yoxluq, evdə istiliyin olmaması bizi çox sıxırdı. Onda heç bilməzdik payızın gözəlliyi nədir. Qara qışın xəbərçisi kimi payızdan xoşumuz gəlməzdi. İndi bilmişik ki, payızın öz hüsnü var.
Mən baharı sevirəm,
İnciməsin qoy payız.
Mən payıza vurğunam,
Məndən küsməsin bahar.
Baharın öz növrağı,
Payızın öz hüsnü var.
Bu yurdda yenilənən infrastrukturdan, quruculuq işlərindən, dövlətimizin onlar üçün yaratdığı səmərəli məşğuliyyətdən, rahat həyat şəraitindən həvəslə danışan nənələrdən ayrılıb yoluma davam edirəm. Təbriz küçəsinə doğru yol alıram. Hazırda təmir işləri davam edən Rayon Rabitə İdarəsi üçün inşa olunan binanın ətrafında yaradılmış təmizlik, səliqə-sahman sanki insana səhər yuxusundan ayıl və ətrafın mənzərəsinin seyrinə çıx deyir.
Bir payız səhəri bu xoş düşüncələrlə iş yerimə çatıram. Yol boyu gördüklərim günə pozitiv başlamaq üçün mənə yetərli olur. Hər fəslin insanların qəlbini oxşayan bir gözəlliyi var. Payız fəslinin növrağı, insanların mehribanlığı, çöhrəsindəki sevinc duyğuları məni hələ də öz ağuşuna almışdı. Qəlbimdən poetik misralar axırdı:
Bax, ulduzlar nur çiləyir,
Bu yer hara, qüssə hara.
Qızıl payız nəğmə deyir,
Qızıl qəlbli insanlara.

Həmçinin oxuyun

Üzüm qabığının bu faydasını bilirdinizmi?

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan “resveratrol” adlı güclü təbii antibiotik ən …