Çərşənbə axşamı , İyun 25 2019
Home / Dünya / Maraqlı / Bu görtüntülər bütün İnterneti dəhşətə gətirdi…

Bu görtüntülər bütün İnterneti dəhşətə gətirdi…

Aclıqdan güclə ayaq üstə dayanan ağ ayı hər yerdə yemək axtarır, amma tapa bilməyərək, yerə yıxılır və bir daha qalxa bilmir…

Fotoqraf Pol Niklenin yaydığı video internet istifadəçilərini dəhşətə gətirib.Fotoqraf “İnstagram” hesabında aclıqdan ölən ağ ayının videosunu yerləşdirib.

 

 

 

Niklen yazıb ki, ölməkdə olan ayını çəkən zaman qrupun bütün üzvləri ağlayırmış: “Bu, insanı dəhşətə gətirən səhnədir. Bu səhnə hər yerdə məni izləyir. Amma laqeydlik divarını sınırmaq üçün mən bu videonu paylaşmalıyam”.

Fotoqraf “aclığın görüntülərini” də təsvir edib: “Əzələlər gücdən düşüb, enerji yoxdur. Bu, tədricən və çox ağrılı ölümdür”. O, əlavə edib ki, ağ ayılar insanların səbəb olduğu qlobal istiləşmə səbəbindən ölürlər və diqqəti buna yönəltməyə çalışır.

Kanadanın Baffinova Torpağı adasında çəkilən videoya milyondan çox adam baxıb. Aclıqdan güclə ayaq üstə dayanan ağ ayı hər yerdə yemək axtarır. Amma tapa bilməyərək, yerə yıxılır və bir daha qalxa bilmir…

Həmçinin oxuyun

Dünya bu bacılardan DANIŞIR

Hindistanın Uttar Pradeş əyalətində maraqlı və bir o qədər ürəkdağlayan hadisənin üstü açılıb. 16-18 yaşlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir