Bazar ertəsi , Avqust 19 2019
Home / Dünya / Maraqlı / Dünya bu bacılardan DANIŞIR

Dünya bu bacılardan DANIŞIR

Hindistanın Uttar Pradeş əyalətində maraqlı və bir o qədər ürəkdağlayan hadisənin üstü açılıb.

16-18 yaşlı Neha və Cyoti adlı 2 bacının bərbər ataları xəstələnib. Bacılar ailənin tək çörək ağacı olan bərbərxananı işlətmək üçün 4 il boyunca kişi qiyafəsinə giriblər.

Onlar qorxublar ki, həmin bölgədə yaşayan kişilər qarşı cinsdən olan birinə saç və saqqallarını kəsdirməz. Buna görə də ataları xəstələnəndən bir müddət sonra görünüşlərini dəyişdirib işləməyə başlayıblar. Bacılar adlarını da dəyişdirərək Deepak və Raju qoyublar.

Kənddən olan bir neçə kişi onları sonradan tanısa da, başqa kənddən gələn müştərilər heç nədən şübhələnməyiblər. Bacılar günorta məktəbdən gəldikdən sonra bərbərxananı açır və gündə təxminən, 400 rupi (6 dollar) qazanırlar.

Bacıların sirrinin üstü açıldıqdan sonra böyük bacı artıq saçlarını uzatmağa başlayıb. Onlar artıq heç bir şeydən qorxmadıqlarını dilə gətiriblər. Bacıların həyat hekayəsi yerli mediada işıqlandırıldıqdan sonra hökumət də hərəkətə keçib və onlara pul mükafatı verib.

Uşaqların atası Dhruv Narayan isə onların işləmək məcburiyyətində qaldığından kədərləndiyini, amma qızları ilə qürur duyduğunu deyib.(publika.az)

Həmçinin oxuyun

Yuxu nədir, insan niyə yuxu görür? – Bu günə qədər bilmədiyimiz həqiqətlər

Bəzən günboyu bizi təsiri altında saxlayan, bəzənsə oyanar-oyanmaz yadımızdan çıxan yuxu nədir? MEDİAKTİV Ölkə.az-a istinadən …