Çərşənbə axşamı , Sentyabr 17 2019
Home / Dünya / Maraqlı / Dünyanın ən faydalı pəhrizi

Dünyanın ən faydalı pəhrizi

40-dan çox qidalanma növü və pəhrizi araşdıran qida mütəxəssisləri 2019-cu ilin ən sadə və faydalı pəhriz statusunu müəyyənləşdirib.

MEDİAKTİV xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın “News & World Report” jurnalında çıxan məqaləyə əsasən bu pəhriz növü bitki və tərəvəzlərin üstünlük təşkil etdiyi Aralıq dənizi pəhrizi adlanır. Pəhriz meyvə və tərəvəzlə yanaşı, çox məhdud miqdarda şəkər və ət ehtiva edir.

Mütəxəssislər hesab edir ki, həm arıqlamaq, həm də gücü qorumaq üçün bu qidalanma tərzi ən uyğundur. Aralıq dənizi pəhrizi xüsusilə ürək və damar xəstəlikləri olan şəxslər üçün faydalıdır.

Qeyd edək ki, Aralıq dəniz pəhrizi daha sağlam qidalanmağı nəzərdə tutur. Təbiətdə təbii şəkildə yetişən, GMO-suz meyvə və tərəvəzlər yemək əsas şərtdir. Habelə yeməklər və salatlar zeytun yağı ilə hazırlanır.(publika)

Həmçinin oxuyun

Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

transportation and vehicle concept – man using car audio stereo system Çinli mütəxxəsislər hansı mahnıların …