Bazar , Mart 29 2020
Home / Dünya / Maraqlı / “Google Play”dən istifadə edənlərə xəbərdarlıq

“Google Play”dən istifadə edənlərə xəbərdarlıq

  Yeni ziyanverici əlavələr tapıldı.

  “Google Play” onlayn mağazasında yeni ziyanverici əlavələr aşkar olunub.

  Mediaktiv.az Lent.az – a istinadən xəbər verir ki, bu proqramlar “Paxful” və “PayPal” akkauntlarından məlumatların oğurlanması ilə məşğuldur.

  Qarətçilər sosial mühəndislik metodu ilə işləyirlər. Aşkar olunan təhlükəli əlavələr arasında “Boost Views” proqramı da mövcuddur. Tərtibatçılar söz verib ki, onun köməyi ilə istifadəçilər “YouTube” video hostinqində gəlir əldə edə biləcəklər.

  Artıq 100 min insan bu proqramı yükləyib. Yükləmədən sonra proqram istifadəçiyə seçim təqdim edir: öz kanalının baxış sayını artırmaq və ya saytda çarxları izləyib əvəzində pul qazanmaq.

  Müəyyən məbləğ toplanandan sonra proqramda qeydiyyatdan keçmək lazım gəlir. Ancaq istifadəçilərdən pulların alınması baş tutmayıb. Çünki onların məlumatlarını kənar tərtibatçının serveri əldə edib.

  Daha bir haker saytı “PaxVendor” olub. Proqram lazımi məlumatı saxta avtorizasiya ekranının köməyi ilə əldə edib.

Həmçinin oxuyun

Şeytani plan: ABŞ Prezidentini öldürmək üçün… – KQB-nin ən qorxunc silahı

Sovet kəşfiyyatı (KQB) üçün xüsusi olaraq hazırlanan və dodaq boyasına bənzəyən, şeytanın belə ağlına gəlməyən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir