Çərşənbə , Sentyabr 16 2020
Home / Dünya / Maraqlı / İnsanın öləcəyini gözlərdən bilmək olur

İnsanın öləcəyini gözlərdən bilmək olur

Araşdırmaçılar ürəkçatışmazlığı xəstələrinin göz bəbəyinin ölçülərinə baxaraq öləcəyini qabaqcadan öyrənə biliblər.

MediAktiv.az xəbər verir ki, həkimlərin bu araşdırması “ESC Heart Failure” jurnalında dərc edilib.

Məlumata görə, alimlər iki il boyunca 870 nəfərlik qrupu müşahidə ediblər. Məlum olub ki, göz bəbəyi böyük pasiyentlərdən fərqli olaraq kiçik göz bəbəyi olan xəstələr iki dəfə daha çox ölüblər.

Bundan başqa, ağırlaşma səbəbindən onlar daha çox xəstəxanaya yerləşdiriliblər. Araşdırmaçıların fikrincə, göz bəbəyinin ölçüləri ürəkçatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün yeni qeyri-invaziv metod ola bilər.

Həmçinin oxuyun

Dərdlərə dərman – Camış südü

Camışçılıq təsərrüfatı Azərbaycanda, həmçinin Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Bu təsərrüfat sahəsi əhalinin ərzaq məhsulları …