Çində “evdə qalmaq”, “subay ölmək” anlayışı yoxdur. Bəzi insanlar evli olmayan uşaqlarına minlərlə dollar qarşılığında cəsəd alırlar. Bəli, Çinin müəyyən əyalətlərində tarixi üç min il əvvələ dayanan “kabus toy” və ya “kabus evlilik” adlanan adətlər var. Bu ənənənin davam etməsinin bir neçə səbəbi var. Ən çox tanınanı isə ailələrin gənc yaşda ölən uşaqlarının ruhlarının onları narahat etməməsi üçün belə bir üsula əl atmalarıdır.
