Çərşənbə , Aprel 8 2020
Home / Kriminal / Qorxu filmlərini gerçəyə çevirən 7 uşaq qatil – FOTOLAR

Qorxu filmlərini gerçəyə çevirən 7 uşaq qatil – FOTOLAR

Məsumluq simvolu olan uşaqların qorxu filmlərinin elementi olması qəribə görünə bilər. Amma böyüklərin belə cəsarət edə bilməyəcəyi vəhşiliklərə imza atan uşaqların sayı az deyil.

Mediaktiv.az Publika.az-a istinadən  uşaqlar tərəfindən törədilən 7 ən qorxunc cinayəti təqdim edir.

1.Erik Smit

Erik Smit 4 yaşındakı Derrik Robieni qaçıranda 13 yaşında idi. Uşağa işgəncə edərək onu öldürən Smit təkbaşına belə bir cinayət törədən ilk şəxsdir. O, ömürlük həbs cəzasına məhkum edilib. Deyilənə görə, qırmızı saçları və böyük eynəklərinə görə davamlı şəkildə lağa qoyulması onu bu qədər aqresivləşdirib.

2.Edqar Ximenes

Yaşı azdır, amma törətdiyi cinayəti olduqca ağırdır. 14 yaşındakı Edqar Jimenez narkokartellərdən birində killer olduğu üçün tutulub. İnternetdə qurbanları ilə çəkdiyi fotoşəkillərini dərc edən “El Ponchis” ləqəbli Edqar polislərə 4 cinayət törətdiyini etiraf edib.

3.Kristian Fernandes

Fernandes iki yaşındakı ögey qardaşını öldürməkdə və beş yaşındakı əmisi oğluna qarşı cinsi zorakılıqda ittiham olunaraq mühakimə edilib.

4.Japon qız

Yapon mətbuatın adını açıqlamadığı qız şagird eyni sinifdən olan 12 yaşındakı Satomi Mitarai adlı qızı bıçaqlayaraq öldürüb. İddiaya görə, o, cinayəti baxdığı qorxu filmlərinin təsiri altına düşərək törədib.

5.Jasmin Riçardson

Jasmin Riçardson anası, atası və kiçik qardaşını öldürəndə 12 yaşında idi. Cinayətin səbəbi isə ailəsinin ona 23 yaşındakı sevgilisi ilə görüşü qadağan etməsi olub. Dəhşətli cinayəti sevgilisi ilə birlikdə törədən Riçardson həbsxanadakı cəzasını tamamlayıb, ancaq hazırda ruhi xəstəxanada müalicə alır.

6.Jon Venables və Robert Tompson

Jon Venables və Robert Tompson uşaqların bir yetişkin şəxsdən daha vəhşi ola biləcəyinin sübutudur. Jon və Robert 2 yaşındakı Ceyms Bulgeri anasının bir neçə saniyəlik başının qarışmasından faydalanaraq qaçıranda yalnız 10 yaşında idilər. Onlar kiçik uşağı döydülər, işgəncə etdilər və öldüyünə əmin olduqdan sonra qatar relsinin üzərinə qoydular.

7. Barri Dale Loukaitis

Barri kovboy geyimində məktəbə gələrək riyaziyyat sinfinə güllə yağdıranda 1996-cı il idi. Atəş nəticəsində onun iki sinif yoldaşı və müəllimi həyatını itirmişdi. Bədən tərbiyəsi müəllimi gənc qatilin əlindəki silahı alması ilə faciə başa çatır. Bu hadisə ABŞ-da baş verən məktəb qətliamlarının da başlanğıcı sayılır. Barri ömürlük+ 205 il həbs cəzası ilə cəzalandırılıb.

Həmçinin oxuyun

Şeytani plan: ABŞ Prezidentini öldürmək üçün… – KQB-nin ən qorxunc silahı

Sovet kəşfiyyatı (KQB) üçün xüsusi olaraq hazırlanan və dodaq boyasına bənzəyən, şeytanın belə ağlına gəlməyən …