Cümə , Oktyabr 30 2020
Home / Dünya / Maraqlı / Səyahət həvəskarları yerli səfərlərə üstünlük verir

Səyahət həvəskarları yerli səfərlərə üstünlük verir

Beynəlxalq səyahətlərin məlum səbəblərdən xeyli azalması müqabilində dünya üzrə səyahət həvəskarları daha çox yerli səfərlərə yönəlirlər.

MediAktiv.az “Travel and Leisure”ə istinadən xəbər verir ki, qarşıdakı üç ayda Böyük Britaniyada rəyi soruşulanların 69 faizi, Meksikada 47 faizi, Yaponiyada 45 faizi, ABŞ-da da 40 faizi ölkədaxili səyahətə çıxmağı nəzərdə tutur.

Bununla yanaşı, ABŞ-da xaricə səyahətə çıxmağa hazırlaşanlar cəmi 12 faiz təşkil edir.

Həmçinin altı ölkənin səyahət həvəskarlarının 63 faizi qarşıdakı üç ay ərzində avtomobil səfərinə çıxmağı, 30 faizi təyyarəyə, qalanları gəmiyə minməyi nəzərdə tutur.

Həmçinin oxuyun

Yaponiya Ayda zavod tikəcək

Yaponiya Ayda yanacaq zavodunun tikintisini planlaşdırır. MediAktiv.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib. …