Cümə , May 29 2020
Home / Dünya / Maraqlı / Şahzadə və xanımı kirayə evə köçdülər

Şahzadə və xanımı kirayə evə köçdülər

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Harri və onun xanımı, Sasseks hersoginyası Meqan Markl 2,5 milyon funt-sterlinq dəyərində fermada yaşayacaqlar.

MEDİAKTİV Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Oksfordşir qraflığında yerləşən “Cotswold” adlı fermanın 300 yaşı var.

18-ci əsrdə tikil bu fermada Meqan Marklın anası Doriya Raqland da olub.

Şahzadə Harri və xanımının qəbul etdikləri qonaqlar arasında Corc və Amal Klunilər, Serena Uilyams, Priyanika Çopra da var.

Harri və Meqanın yaxınlarının dediklərinə görə, onlar Oksfordşirdəki fermanı Kenqsiqton sarayındakı Nottingem kottecindən üstün tuturlar.

Fermadakı yataq otaqlarından biri qarderoba çevrilib. Evdə “yuxarı” və “aşağı” mətbəx, habelə döşəmədən tavanadək pəncərələri olan istirahət zonası da var.

Həyətdə qonaqlar üçün iki yataq otaqlı kottec inşa olunub.

Harri və Meqan bu ilin əvvəlində kirayə götürdükləri fermanı çox bəyənirlər.

Həmçinin oxuyun

Üzüm qabığının bu faydasını bilirdinizmi?

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan “resveratrol” adlı güclü təbii antibiotik ən …