Bazar , Sentyabr 20 2020
Home / Dünya / Maraqlı / Şeytani plan: ABŞ Prezidentini öldürmək üçün… – KQB-nin ən qorxunc silahı

Şeytani plan: ABŞ Prezidentini öldürmək üçün… – KQB-nin ən qorxunc silahı

Sovet kəşfiyyatı (KQB) üçün xüsusi olaraq hazırlanan və dodaq boyasına bənzəyən, şeytanın belə ağlına gəlməyən bu silaha verilən ad da qəribədir: “Ölümün öpüşü”…

1947-ci ildən 1991-ci ilə qədər davam edən “Soyuq müharibə” dünyanı yox edə biləcək qədər zərərli silahların hazırlandığı təlatümlü bir dövr idi.

Dünya bu dövrdə dünyanın iki siyasi qütbü, iki fərqli ideologiyası arasında illərlə davam edən qarşıdurmaya səhnə olmuşdu. Həmin dönəmdə “Soyuq müharibə”nin önəmli tərəfi olan texnoloji savaş isə ağlasığmaz silahların istehsalına səbəb olmuş, bir tərəfdə dağıdıcı nüvə silahlarının sınaqları keçirildiyi halda, digər yanda casusların sərəncamında olan kiçik və görünməz silahlar icad edilmişdi. Bunlardan biri də Sovet kəşfiyyatçıları üçün hazırlanan, dodaq boyasını xatırladan kiçik ölçülü bir tapança idi.

Sui-qəsdlər üçün nəzərdə tutulan bu silahın ortaya çıxması 1960-cı illərin ortalarına təsadüf edir. Silah bu gün ABŞ-ın paytaxtı Vaşinqtondakı Beynəlxalq Casuslar Muzeyində sərgilənir.

4.5 mm-lik tapança tək atımlıq bir silah idi. Dizaynına uyğun olaraq “Ölümün öpüşü” adı verilmişdi. “Soyuq müharibə” dövründə KQB casusları tərəfindən illərlə istifadə olunan silah ilk dəfə Qərbi Berlinə keçən casusların üzərində ələ keçmişdi.

Fənərlər, qələmlər, siqaret qutuları… “Soyuq müharibə” dövründə kəşfiyyat xidmətlərinin gizli silahları üçün istifadə olunan qılıflar saymaqla bitmir. Ancaq “Ölümün öpüşü” bunların içində ən qəribəsi idi. Çünki tarixin o dönəmini nəzərə alanda bu qədər kiçik bir aksesuarın içində bu qədər güclü bir silahı yerləşdirmək texnoloji olaraq mümkünsüz görünür. Bu gün də bu silahın ABŞ Prezidentinə sui-qəsd üçün hazırlandığı ehtimal edilir. Buna görə də hazırlanacaq silahın hiss edilməyəcək ölçüdə kiçik olması lazım idi.

Silahı gizləmək üçün dodaq boyası qabının seçilməsinin səbəbi də olduqca bəsit idi: o dövrdə həm ABŞ, həm də SSRİ kəşfiyyatı tərəfindən daha az diqqət çəkəcəyi düşünüldüyü üçün qadın casuslardan istifadə edilməsi olduqca populyardı. Dodaq boyası da qadınların ən sevimlisidir.

Sözügedən silahın “Soyuq müharibə” illərində bir çox Amerika casusunun ölümünə səbəb olduğu bildirilir. Amma belə bir texnologiyanın o dövrdə mövcud olmadığını iddia edənlər də var, buna baxmayaraq Vaşinqtonda sərgilənən bu qorxunc silahın o dönəmdə bir neçə sui-qəsd planında istifadə edildiyinə dair dəlillər mövcuddur.

Teleqraf.com 

Həmçinin oxuyun

Televizora yaxından baxmaq kor etmir — Səhv bildiyimiz 5 məlumat

Əksəriyyətin doğruluğuna şübhə etdiyi bir sıra əfsanə düşüncələr var. Ancaq əslində heç də onlar bilinən …