Bazar ertəsi , Avqust 3 2020
Home / Dünya / Maraqlı / Suda həll olan plastik torbalar yaradıldı

Suda həll olan plastik torbalar yaradıldı

Yaponiyanın “Mitsubishi Chemical” şirkəti suda tamamilə həll olan plastik torbalar hazırlayıb.

MediAktiv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qeyd olunub ki, torbalar adi polietilendən heç bir fərqi olmayan tərkibində şəkər qamışı olan xüsusi materialdan hazırlanıb. Yapon şirkətinə görə, bu cür torbalar bir il ərzində dəniz suyunda tamamilə həll olur.

Bildirilib ki, yeni torbalar dəniz və okeanlarda plastik tullantıların azaldılması ilə mübarizəyə kömək edəcək. Şirkət hazırda bu cür torbaların kütləvi istehsalına hazırlaşır.

Statistikaya görə, bir ailə il ərzində təqribi 500 polietilen paket istifadə edir. Həmin paketlərin çürüməsinə 500 ildən çox vaxt lazımdır.

Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.

Hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır.  Onlar ətraf mühitdə uzun müddət qalır və çürümür.

Həmçinin oxuyun

Əsrin ən yaxşı serialının adı açıqlandı

XXI əsrin ən yaxşı televiziya serialı “Taxt-tacların oyunu”dur. MediAktiv.az xəbər verir ki, bu, Böyük Britaniyanın “Digital Spy” …