Çərşənbə , Fevral 19 2020
Home / Dünya / Maraqlı / Süni zəka 27 il əvvəl itmiş uşağı tapdı

Süni zəka 27 il əvvəl itmiş uşağı tapdı

  Üz tanıma texnologiyasından istifadə edən “Baidu” şirkəti 33 yaşlı Çin sakininə öz ailəsini tapmaqda kömək edib.

  Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, alqoritm, üz cizgilərini 99% dəqiqliklə qarşılaşdırır və itmiş uşaqların tapılması məsələsində yeni həll üsulu təklif edir. 1990-cı ildə məktəbdən evə qayıtmalı olan 6 yaşlı Fu Gui oğurlanıb.

  2009-cu ildə o, öz uşaqlıq fotoşəklini “Baobeihuijia” adlı saytda paylaşıb. Bu sayt xeyriyyəçilik ilə məşğul olan təşkilat tərəfindən yaradılıb və əsas məqsədi itmiş uşaqların öz ailələrini tapmağa kömək etməkdir.

    Bu ilin yanvarda isə Guinin digər bir uşaqlıq fotosunu onun əsl atası Fu Guanfa paylaşıb. Fu Guinin paylaşdığı fotoda onun 10 yaşı, atasının paylaşdığı fotoda isə 4 yaşı var. Yaş fərqinin olmasına baxmayaraq, “Baidu”nun üz tanıma texnologiyası uyğunluğu qarşılaşdırıb. Fu Gui “Baidu”dan fotoya və təsvirə uyğun variantları əldə edib. DNT testi isə onun bioloji valideynlərinin kim olduğunu dəqiqliklə təsdiqləyib.

Həmçinin oxuyun

İki il əvvəl itmiş “kabus” gəmi İrlandiya sahillərində göründü

İrlandiyanın Kork qraflığı sahilində Tanzaniya bayrağı altında üzən 77 metrlik MV Alta yük gəmisi qeydə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir