Cümə , May 29 2020
Home / Dünya / Maraqlı / Tarixdə bu gün – Telefonun patentləşdirilməsi

Tarixdə bu gün – Telefonun patentləşdirilməsi

Telefonun tarixi uzaq keçmişə gedib çıxır. Telefon ideyası və ona ehtiyac insanlar danışmaq qabiliyyəti əldə etdikdə yaranıb.

Eramızdan əvvəl VI əsrdə İran şahı Kirin xidmətində məlumatı ötürmək üçün “şahın qulaqları” adlandırılan 30 mindən ibarət dəstə olub. Onlar təpələrin üstündə və gözətçi qüllələrində eşitmə məsafəsində yerləşərək şah üçün nəzərdə tutulmuş məlumatı ötürüblər.

Müxtəlif dövrlərdə rabitə vasitələri qismində çaparlar, barabanlar və şərti işarələr (yelkənin rəngi, alov və ya tonqal tüstüsü) çıxış ediblər. Çaparlar həmişə ən etibarlı rabitə vasitəsi olub. Eramızdan əvvəl 56-cı ildə baş vermiş Qall müharibəsi zamanı zəncir xətti üzrə düzülmüş qall qışqırıqçıları Sezar ordusunun yaxınlaşması barəsində məlumat verirdilər; məlumatın ötürülmə sürəti saatda 100 kilometrə çatıb. Məlumatlara görə, 968-ci ildə çinli ixtiraçının yaratdığı “thumtsein” adlanan aparat səsi borular vasitəsilə ötürübmüş. Qədim zamanlarda, həmçinin “ipli telefon”dan istifadə olunub. İki diafraqma arasında çəkilmiş ip vasitəsilə müəyyən məsafədə danışmaq baş tutub. Bu halda səs ipin titrəyişi hesabına bir tərəfdən digər tərəfə ötürülüb.

Lakin məhz Aleksandr Qraham Bell telefonun “atası” adına layiq görülüb. O, 1947-ci il martın 3-də Şotlandiyada anadan olub. 1870-ci ildə ailəsi ilə birlikdə Kanadaya gəliblər. Atası “görünən səs” sistemi vasitəsilə kar və lalların problemləri ilə məşğul olaraq onlara təhsil verib. Bell də bu sənətə yiyələnmişdi. O, səsin təbiəti haqqında xeyli məlumatlı idi və onu elektrik vasitəsilə ötürmək arzusı ilə alışıb yanırdı. 

1876-cı il martın 7-də Aleksandr Bell telefon ixtirasına görə patent alıb və həmin gündən etibarən tarixə telefonun “atası” kimi düşüb.

1876-cı il iyunun 25-də Aleksandr Bell ilk dəfə telefonunu Filadelfiyada keçirilmiş birinci Beynəlxalq elektrotexnika sərgisində nümayiş etdirib.

Həmçinin oxuyun

Üzüm qabığının bu faydasını bilirdinizmi?

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan “resveratrol” adlı güclü təbii antibiotik ən …