Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / Maraqlı / Xəyanətə görə həyat yoldaşına verdiyi qaraciyərini geri istəyir

Xəyanətə görə həyat yoldaşına verdiyi qaraciyərini geri istəyir

Türkiyədə qaraciyərini verdiyi 12 illik həyat yoldaşı tərəfindən aldadılan gənc qadın donor olaraq verdiyi orqanı geri istəyir.

Mügə Anlının proqramına çıxan Melike Özmenin 12 illik həyat yoldaşının onu aldatdığını açıqlayıb. Gənc qadın həyat yoldaşından intiqam almaq üçün qaraciyərini geri istəyib.

“6 ay ömrü qaldığı deyilən həyat yoldaşıma xəstə ikən düşünmədən qaraciyərimi verdim. Amma o, sağalar-sağalmaz mənə xəyanət etdi. Hətta 12 illik həyat yoldaşım hamilə sevgilisinə görə məni evdən qovdu. İndi həmin evdə yaşayırlar. Bu səbəbdən ona verdiyim qaraciyərimi geri istəyirəm. Çünki qəlbimi çox sındırdı. Ondan intiqam almaq istəyirəm”, – deyə Melike Özmen qeyd edib.

Gənc qadının qaraciyərinin geri istəməsinin əsas səbəblərindən biri də həyat yoldaşı və sevgilisi tərəfindən təhdid edilməsidir.

Həmçinin oxuyun

Kişilər üçün 10 ən yaxşı yeni il hədiyyəsi

Kişiləri çox adi hədiyyə ilə də sevindirmək olar, lakin yenə də insan sevdiklərinə xüsusi şeylər …