Bazar , Fevral 23 2020
Home / Dünya / Maraqlı / Yadplanetlilər əslində yanımızdadır

Yadplanetlilər əslində yanımızdadır

Böyük Britaniyanın Oksford Universitetindəki elm adamları yadplanetlilərin xarici görünüşü ilə bağlı analoqu olmayan bir araşdırma aparıb.

Alimlər təkamül nəzəriyyəsini yadplanetlilərin davranışlarını təxmin etmək üçün istifadə edib və onların nəyə bənzədiyi ehtimallarına aydınlıq gətiriblər.

Onlar bu günə qədər “əcnəbi, heyvani” kimi xarakterizə edilən xarici görünüşdə təsəvvür edilən yadplanetlilərin əslində insanlara bənzədiyini və insan orqanizminə daha yaxın olduqlarını iddia ediblər.

Təkamül nəzəriyyəsinin yadplanetlilər üzərindəki təsirini araşdıran mütəxəssislər yad həyat tərzlərinin təbii seçməyə uğradığını və insan kimi zamanla daha güclü hala gəldiyi arqumentini dəstəkləyir.

Araşdırmanın rəhbəri Sam Levin insanların bu günə qədər yadplanetlilərin silikonu xatırladan dəriyə sahib olduğunu, DNT-lərinin olmadığını və azotla nəfəs aldıqlarını təsəvvür etdiyini bildirib. Lakin təkamül nəzəriyyəsi tətbiq edilən araşdırma bunların tam əksini ortaya çıxarıb. O, yadplanetlilər arasında iyerarxik bir quruluşun olduğunu da vurğulayıb.
Publika.az

Həmçinin oxuyun

İki il əvvəl itmiş “kabus” gəmi İrlandiya sahillərində göründü

İrlandiyanın Kork qraflığı sahilində Tanzaniya bayrağı altında üzən 77 metrlik MV Alta yük gəmisi qeydə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir