Bazar ertəsi , Oktyabr 14 2019
Home / Dünya / Maraqlı / Yağlar haqqında bilmədiklərimiz – Zərəlidir yoxsa faydalı?

Yağlar haqqında bilmədiklərimiz – Zərəlidir yoxsa faydalı?

Hazırda insan orqanizminin bünövrəsini təşkil edən maddələrdən biri olan yağlar haqqında çox pis fikir formalaşıb. İddialara görə yağ bizim üçün çox zərərlidir: onlar piylənməyə səbəb olur və sağlamlığımıza böyük zərbə vurur. Həqiqətən bu belədirmi?

MEDİAKTİV ölkə.az-a istinadən bu barədə araşdırma yazını təqdim edir.

Biz bilməliyik ki, yağsız bizim orqanizmimiz fəaliyyət funksiyasını tamamilə itirə bilər.

Bəs yağların bizə faydası nədir?

İnsan orqanizmində gedən proseslərin əksəriyyətində yağ sintezinin böyük rolu var.

Enerji mənbəyi: Yağ çox böyük enerji mənbəyidir.  1 qram yağ 9.1-9.5 kilokalori enerji deməkdir. İnsanın gündəlik xərclədiyi enerjinin 50%- i məhz yağ vasitəsilə təmin olunur. Deməli orqanizm lazım olan miqdarda yağ qəbul etməsə biz hərəkət etməyə belə çətinlik çəkərik.

Qoruyucu rolu: Hər bir daxili orqanın  xarici örtüyündə müəyyən yağ kütləsi vardır. Əsasən bu zərif, zəif  orqanlara aiddir. Məsələn bağırsaq və böyrəklər kimi. Belə örtük onları zədələrdən və mikroblardan qoruyur. 

Bundan başqa o bizi isti havalarda  günvurmadan da qoruyur. İstiliyin zərbəsini öz üzərinə götürüb, müəyyən bir hissəsini daxili orqanlarımıza buraxır.

Həyatverici funksiyaları: Bir çox vacib rolundan başqa yağ həmçinin orqanizm boyu sinir impulslarının ötürülməsinə də böyük təkan verir. Bundan əlavə o orqanları qidalandırır, zülalın qana sovrulmasına və vitaminlərin orqanizmə bərabər yayılmasına da kömək edir.

Növləri: Yağları xassəcə bir çox növlərə bölmək olar. Ancaq orqanizm üçün ən əlverişli iki növ var: bitki tərkibli və heyvan mənşəli yağlar.

Bitki tərkibli yağlar: Bitki mənşəli yağlar soya, qarğıdalı, balqabaq tumu, günəbaxan tumu, qoz, fındıq, badam, kətan toxumundan və s. bitkilərdən alınır.

Kokos və palma yağından isə ehtiyatla istifadə etmək lazımdır, belə ki, onlar qanda xolesterolu yüksəldir. Bundan əlavə bitki yağı alarkən rafinə olub olmamağına da diqqət yetirin. Çünki yağ rafinə olunan zaman tərkibindəki faydalı maddələrin çox hissəsini itirir. Bir insanın bitki  yağına gündəlik tələbatı 15-20 qramdır.

Heyvan mənşəli yağlar: Bu heyvanların və balıqların yağ toxumasından və ya sümüklərindən alınan növüdür. Bunlara xama, kərə yağı, qaymağı misal gətirə bilərik. Bundan əlavə bu yağlardan kosmetika, yuyucu vasitələrin və dərmanların istehsalında da istifadə olunur.

Bir sağlam insanın bu mənşəli yağa gündəlik tələbatı 25-40 qramdır.

Xolesterol: Bu yağ  ehtiyacı olacağı qədər qəbul edildikdə insan orqanizmi üçün faydalı və lazımlıdır. Xolesterol orqanizmin stabil qalması üçün çox əlverişlidir.  Lakin təlabatdan çox qəbul edilərsə, sağlamlıq üçün zərərli ola bilər. Kolbasa , fast food, marqarin və digər qeyri-sağlam qidalar məhz qanda ziyanlı xolesterolun miqdarını artırır. Bu da ürək- damar sistemi çatışmazlığı, iflic, beyin qansizması, damar tıxanması və bir çox xəstəliklərə yol aça bilər.

Doymuş yağlar: Bu növ yağlar da sağlamlıq üçün ziyanlı hesab edilir. Bu siyahıya quş ətinin dərisi, palma, kokos, kərə yağı, fast food və şokoladı əlavə etmək olar.

Trans yağlar: Bu  süni yollarla alınan yağlardır. Doymamış yağa hidrogen atomları əlavə edilərək yenidən emal edilir. Bu yolla doymamış yağ  doymuş yağa çevrilir və  nəticədə trans yağ əmələ gəlir. 

Trans yağın ən bariz nümunəsi marqarindir. Bu qida demək olar ki, bütövlüklə trans yağdan ibarətdir. Bu siyahıya çips, kreker, kökə və bulkaları də əlavə edə bilərik. Bu qida növləri maddələr mübadiləsini yavaşladır, piy sintezini, qalxanvari vəzin fəaliyyətini pozur və nəticədə əsrin bəlası sayılan piylənməyə yol açır.

Mono-doymamış yağlar: Tərkibində bu növ yağlar olan qidalar ən sağlam qidalar sayılır.

Mono yağlar qanda zərərli xolesterolu azaldır, şəkərin miqdarını isə stabilləşdirir. Əgər sizin gündəlik rasionunuzda avakado, badam, zeytun yağı, püstə, yer fındığı varsa demək siz doğru yoldasınız.

Yarıdoymuş yağlar da sağlam qidalanmada mühüm yer yağlardan sayılır. Onlar qan dövranını yaxşılaşdıraraq, ürək-damar tıxanması riskini minumuma endirir. Günəbaxan, soya, qarğıdalı yağı yarıdoymuş yağ qrupuna aiddir.

Omeqa-3: Bu yağ beynin fəaliyyətini yaxşılaşdırır, iltihab əleyhinə proseslərə təsiri var. O həmçinin maddələr mübadiləsini gücləndirir, orqanizmin ümumi tonusunu yüksəldir. Balıq, küncüt yağı, krevet, turp, brokkoli, ispanaq, fındıq və qoz  bu yağla zəngin qidalardan sayılır.

Yağların tərkibilə sizi tanış etdik, çalışın bundan yararlanıb öz rasionunuza faydalı yağları əlavə edin ki, hər zaman sağlam olasınız.

Həmçinin oxuyun

Keşiş bəyin qardaşını “işə saldı”: səhvən gəlinin rəfiqəsi ilə evləndirdi

“Reddit” istifadəçilərindən biri toyunda qəribə hadisənin baş verdiyi ilə bağlı danışıb. Onun sözlərinə görə, Böyük …