Şənbə , May 8 2021
Home / Dünya / Maraqlı / Yaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunub

Yaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunub

Dünyanın ən kiçik Rubik kubu Yaponiyada nümayiş olunub.

MediAktiv.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bu kubun hər tərəfinin uzunluğu 9,9 mm, qiyməti isə təxminən 1 900 ABŞ dollarıdır.

Oyuncağı kiçik əyalət metal emalatxanası olan “Iriso Seimitsu Co., Ltd.” ilə əməkdaşlıq şəklində “Megahouse Corporation” ərsəyə gətiriblər. Bu emalatxana ən kiçik zər və 0,1 mm bölünmə ilə xətkeş hazırlamasıyla məşhurdur.

Xatırladaq ki, daha balaca ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən və mexaniki tapmaca olan Rubik kubu 1974-cü ildə macar heykəltəraş Erne Rubik tərəfindən ixtira edilib. Bu ixtira ümumi satış həcminə görə oyuncaqlar arasında lider sayılır: dünyada artıq 350 milyon belə mexaniki tapmaca satılıb

Həmçinin oxuyun

Yaponiya Ayda zavod tikəcək

Yaponiya Ayda yanacaq zavodunun tikintisini planlaşdırır. MediAktiv.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib. …