Bazar ertəsi , Oktyabr 21 2019
Home / Dünya / Maraqlı / Yayın baş bəlası tərləmədən xilas olmağın yolları

Yayın baş bəlası tərləmədən xilas olmağın yolları

   Qoltuq altı tərləməsi hər insanda baş verir. Ancaq bəziləri “hiperhidroz” adı verilən həddindən artıq qoltuq altı tərləməsi problemi yaşamaqdadır. Qoltuq altı tərləməsinin qarşısını almaq üçün təbii üsulları nəzərinizə çatdırırıq:

    Həddindən artıq qoltuq altı tərləməsinə qarşı pomidor suyu və tərləməyə mane olan adaçayından istifadə edə bilərsiniz. Ancaq tərləməyi tamamilə yox etmək mümkün deyil. Əslində, heç tərləməmək də sağlamlıq üçün ziyanlıdır.Çox tərləməyin qarşısının alınması üçün qoltuq altlarını təmiz saxlamaq və yaxşı bir dezodorantdan istifadə etmək vacibdir.Yay aylarında normadan çox tərləmək adi haldır. Ancaq çox stressli, qayğılı insanlar yay-qış fərq etmədən həddindən artıq tərləyə bilər.

       Qoltuq altı tərləməsinin qarşısını bitkilərlə ala bilərsiniz:

       Bitki mənşəli yağlar

      Qoltuq altı tərləməsini azaltmaq üçün bitki mənşəli yağlardan istifadə edə bilərsiniz. 10 damla adaçayı yağını 15 damla lavanta bitkisinin yağı ilə qarışdırın və bu qarışığa yarım stəkan içməli su əlavə edin. Qarışığı sprey başlığı olan bir şüşəyə qoyub dezodorant kimi istifadə edə bilərsiniz. Adaçayı təsirli bir tər önləyici olub, xüsusilə yay aylarında sizi həddindən artıq tərləməyə qarşı qoruyacaq.

         Adaçayı

         Hər gün bir stəkan adaçayı içmək normadan çox tərləməyə mane olacaq.

         Pomidor suyu

         Ləyəni su ilə dolduraraq üzərinə 3 stəkan pomidor suyu əlavə edin. Suda 15-20 dəqiqə gözlədikdən sonra durulanın. Pomidor suyu da güclü tər önləyici sayılır.

          Sirkə

          Qoltuq altına alma sirkəsi qoyaraq 20 dəqiqə gözlədikdən sonra bol su ilə yuyun.

          Limon

         Gecə yatmadan əvvəl qoltuq altına limon suyu sürərək tərləmə nəticəsində yaranan pis qoxuların və gün içində həddindən artıq tərləmənin qarşısını ala bilərsiniz.

        Eyni zamanda sintetik paltarlardan uzaq durmağa çalışın. Sintetik paltarlar təri saxladığı üçün pis qoxuya səbəb olur. Bu səbəblə pambıq paltarlar, bədənin hava almasına imkan verən köynəklər geyinilməlidir.

     Qoltuq altı mütləq təmiz olmalıdır. Təmiz olmadıqda dezodorant bir müddət sonra pis qoxuya çevrilir. Ümumiyyətlə, dezodorantlar tərləmənin qarşısını almır, sadəcə gün ərzində qoltuq altındakı tərin qoxusunun ətrafa yayılmasını önləyir.

       Bütün bu tədbirlərdən sonra qoltuq altı tərləməsində azalma hiss etmirsinizsə, həkimə müraciət etməyiniz məsləhətdir.

Həmçinin oxuyun

“YouTube”da ilk dəfə şərh 1 milyon “layk” yığdı – FOTO

BERLIN, GERMANY – NOVEMBER 19: The Logo of video-sharing website YouTube is displayed on a …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir