Bazar , May 31 2020
Home / Dünya / Maraqlı / “YouTube” tarixində ən çox izlənən videolar – SİYAHI

“YouTube” tarixində ən çox izlənən videolar – SİYAHI

“YouTube” tarixində ən çox izlənən videoların reytinqi hazırlanıb.

MediAktiv.az xəbər verir ki, REN TV-nin xəbərinə görə, bu barədə siyahı “Newsweek” jurnalında dərc olunub.

Xəbərdə bildirilir ki, 2005-ci ildə ən çox izlənilən videolar arasında “trend” Braziliya millisinin futbolçusu Ronaldinyonun məşq görüntüləri olub.

2006-2007-ci illərdə isə ən çox “The Evolution of Dance” videosu baxış toplayıb. Bu videoda rəqqas Cadson Laypli XX əsrin əvvəllərində məşhur olan rəqslərin əsas hərəkətlərini ifa edib.

2008-ci ildə fenomen kanadalı müğənni Avril Lavinin “Girlfriend” klipi olub.

2009-cu ildə şəbəkədə ən çox izlənilən video britaniyalı ailədə uşağın qardaşının barmağını dişləməsi görüntüləridir.

Bunlardan başqa “YouTube”da Ledi Qaqanın “Bad Romance”, Castin Biberin “Baby”, PSY-nin “Gangnam Style” və Luis Fonsinin “Despacito” klipləri də ən çox izlənilənlər siyahısındadır.

Həmçinin oxuyun

Üzüm qabığının bu faydasını bilirdinizmi?

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan “resveratrol” adlı güclü təbii antibiotik ən …