Cümə axşamı , İyul 9 2020
Home / Dünya / Mauqli əfsanəsi Hindistanda gerçək olub

Mauqli əfsanəsi Hindistanda gerçək olub

   Hindistanda “Mauqli-qız” tapılıb. Mediaktiv.az-ın APA-ya istinadən məlumatına görə, onu yerli polis əməkdaşları cəngəllikdə yaxalayıb. 10-12 yaşı olduğu güman edilən qızın yaxalanan zaman etdiyi hərəkətlər heyvandan fərqlənməyib. O, “dördayaqlı” gəzib, tamamilə çılpaq olub. Azyaşlı polis əməkdaşlarını gördükdə müxtəlif əcaib səslər çıxarıb. Polis onu tutmaq istəyəndə hadisə yerində meymun sürüsü peyda olub və onlar qızı polisin əlindən almağa çalışıb. Bununla belə qızı tutmaq mümkün olub.

   Hazırda o xəstəxanadadır. Polis ətrafdakı yaşayış məntəqələrində onun valideynləri axtarır, həkimlər isə ondan yenidən “insan” yaratmağa çalışır.

Həmçinin oxuyun

“Tesla” şirkəti tam əlahiddə avtomobil yaradır

Kaliforniyada fəaliyyət göstərən “Tesla” elektrik avtomobillər və təmiz enerji şirkəti 5 səviyyəli əlahiddə hərəkət edən, yəni özüyeriyən …