Bazar , May 31 2020
Home / Dünya / Meksika çimərliyində qəribə varlıq tapılıb – FOTO

Meksika çimərliyində qəribə varlıq tapılıb – FOTO

Meksikanın Sakit okeanın sahilində yerləşən Puerto-Vallarta kurort şəhərinin yaxınlığında Destiladeras çimərliyində qeyri-adi varlıq tapılıb.

MediAktiv.az “Meganews”-a , əsasən, bildirir ki, əvvəlcə yerli sakinlər bu məxluqun delfin olduğunu düşünüblər və yenidən suya salmaq üçün ona kömək etməyə tələsiblər.

Lakin onlar yaxınlaşanda başa düşüblər ki, belə bir varlığı ilk dəfədir görürlər. Sahilə atılmış dəniz sakininin iti dişləri, uzun ilan kimi quyruğu var idi, gözləri və üzgəcləri isə yox idi.

Yerli sakinlər bu məxluqun okeanın dərinliyində yaşadığını düşünürlər.

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …