Cümə axşamı , Aprel 22 2021
Home / Dünya / Messenger-də reklam yerləşdirmə gəlir

Messenger-də reklam yerləşdirmə gəlir

Facebook”un məşhur mesajlaşma tətbiqi Messenger, bir müddət sonra reklam yerləşdirmə tətbiqinə başlayacaq. Bəs reklamlar Facebook Messenger–da necə görünəcək? “Facebook”un Messenger tətbiqi, aylıq 1 milyarddan daha çox istifadəçisi ilə olduqca böyük bir kütləyə xitab edir. Bu vəziyyəti dəyərləndirmək istəyən “Facebook”, tətbiqin üzərində bəzi dəyişikliklər etməyə hazırlaşır. Messenger Blog-da paylaşılan məqalədə “Facebook” məhsul idarəçisi Edde Zhang, Messenger-də reklam yerləşdirmənin necə bir uğur qazanacağını görmək üçün, Avstraliya və Tayland-da kiçik bir test müddəti başlatdıqlarını açıqladı.

   Facebook Messenger, reklam yerləşdirməyə başlayacaq! Test müddəti əhatəsində Avstraliya və Tayland-da yaşayan istifadəçilər, qarşıdakı həftədən Messenger tətbiqinə daxil olduqda müəyyən aralıqlarda reklamlar ilə qarşılaşacaqlar. Messenger tətbiqinin ana ekranında, Sponsor məzmunları başlığı altında görünəcək olan reklamlara klik etdiyinizdə, əgər reklamı yerləşdirən ilə birbaşa əlaqə qurmaq imkanı verilirsə, Messenger-də qalmağa davam edəcəksiniz. Yuxarıda vurğuladığımız kimi Messenger–in reklam yerləşdirmə tətbiqi hələlik test mərhələsindədir. Facebook, test müddəti boyunca istifadəçilərdən gələn reaksiyalara və ya təkliflərə uyğun olaraq dəyişikliklər edə bilər.

Həmçinin oxuyun

2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb

“Volkswagen ID.4” hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub. MEDIAKTIV.AZ-ın məlumatına …