Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Dünya / Monqolustanda güclü zəlzələ oldu

Monqolustanda güclü zəlzələ oldu

Monqolustanın cənub-qərbində 6,2 maqnituda gücündə zəlzələ baş verib.

MediAktiv.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Zəlzələ 45,22 şimal enliyində və 97,52 şərq uzunluğunda qeydə alınıb.

Təbii hadisə intensivliyinə görə çox güclü qiymətləndirilir. Belə ki, episentrdə intensivlik 8.2 bal gücündə olub.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Həmçinin oxuyun

Koronavirusa qarşı peyvənd Avropa bazarlarında müsbət ovqat yaradıb

Bu gün Böyük Britaniyanın “Astra Zeneca” əczaçılıq şirkətinin təqdim etdiyi koronavirusa qarşı peyvəndin orta hesabla …