Çərşənbə , Aprel 1 2020
Home / Dünya / Moskva hava limanlarında 30-dan çox reys təxirə salındı

Moskva hava limanlarında 30-dan çox reys təxirə salındı

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib.

MediAktiv.Az Trend-ə istinadən xəbər verir ki, hava şəraiti daha çox Domodedovo hava limanının işinə təsir edib.

Bu aeroportda 23 uçuş ləngiyib, 8 uçuş isə ləğv edilib.

Bundan başqa, Vnukovo hava limanında 3 reys təxirə salınıb, 3 reys isə ləğv edilib. Şeremetyevo hava limanında da bir reys təxirə salınıb.

Moskvada və Moskva vilayətində əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. MediAktiv.az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı …