Bazar ertəsi , İyul 13 2020
Home / Dünya / Otellərdə qalan hər bir turistə görə vergi alınacaq – VİDEO

Otellərdə qalan hər bir turistə görə vergi alınacaq – VİDEO

Növbəti ildən Türkiyədə otellərdə qalan hər bir turistə görə otel rəhbərliyindən günlük vergi alınacaq.

MediAktiv.Az məlumatına görə, bu, ödənilən məbləğin 2 faizini təşkil edəcək.

Turizm üzrə mütəxəssislərin sözlərinə görə, belə olan halda sahibkarlar gəlirliliyi təmin etmək üçün qiymətlərdə artım edəcək. Ölkəmizdən xaricə səfər edənlərin əksəriyyəti məhz Türkiyəni seçdiyindən bu artımın Azərbaycanda da hiss edilməsi gözlənilir. Yay istirahəti zamanı otellər 7-10 günlük tutulduğundan qiymət artımı da çox olacaq.

Türizm üzrə mütəxəssis Rəhman Quliyev deyib ki, Türkiyədə bu qanun hələ qüvvəyə minmədiyindən qiymətlərdə artım yoxdur, amma artımın ümumilikdə otelin qiymət siyasətindən asılı olaraq 2-5 faiz həcmində olacağı gözlənilir.

Qeyd edək ki, bu tip vergilər Yeni Zellandiyada günlük oteldən asılı olaraq 20-30 dollar arasında dəyişir və hətta Yaponiyanın bir sıra şəhərlərində şəhərə girəndə və çıxanda turistdən 50 dallaradək vergi alınır. Bu vəsaitlər isə adətən şəhərin abadlaşdırılmasına xərclənir.

Həmçinin oxuyun

Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir. MediAktiv.az xəbər verir ki, seçki məntəqələri yerli …