Çərşənbə , Noyabr 25 2020
Home / Dünya / Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

Özbəkistan hökuməti iyul ayının sonunadək həftəsonu günlərində özünütəcrid rejimini tətbiq edib.

MediAktiv.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, həmin günlərdə avtomobil nəqliyyatının hərəkəti də dayandırılır.

Qeyd olunur ki, bu qərar ölkədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar qəbul edilib. Ötən gün 438 yoluxma qeydə alınıb ki, bu indiyədək ən yüksək göstərici olub. Son dörd gün ərzində ölkədə yoluxma sayı artmaqda davam edib.

Bu günədək Özbəkistanda 12 206 nəfər koronavirusa yoluxub, 55 nəfər ölüb.

Həmçinin oxuyun

Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib

“Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırılmasına dair xəbərlər doğru deyil”. MediAktiv.az xəbər verir ki, bu …