Çərşənbə axşamı , İyun 15 2021
Home / Dünya / Perunun dövlət binaları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Perunun dövlət binaları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Peru paytaxtı Limanın əhəmiyyətli dövlət binaları 28 May – Respublika günü münasibətilə Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən MEDIAKTIV.AZ-a verilən məlumata görə, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünün qeyd olunması şərəfinə Peru Konqresinin binası və paytaxt Lima şəhərinin əsas tarixi rayonu hesab olunan Miraflores bələdiyyəsinin binası Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu münasibətlə Konqresdəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Gilyermo Aliaqa Paxares və Perudakı nümayəndəliyimizin əməkdaşının iştirakı ilə Konqres binasının qarşısında mərasim keçirilib.

Mərasimdə perulu millət vəkili AXC-nin qurulmasının 103-cü ildönümü münasibətilə ölkəmizi təbrik edib və bu kimi tədbirlərin Peru ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Azərbaycanlı diplomat ölkəmiz üçün olduqca əlamətdar tarix olan Respublika Gününün qeyd edilməsi məqsədilə Peru tərəfinin vacib dövlət binalarını üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırması addımına görə təşəkkür edib, habelə ölkə Konqresi tərəfindən qəbul edilmiş təbrik bəyanatına görə minnətdarlığını bildirib.

Həmçinin oxuyun

Türkiyədə 1,2 milyard dollarlıq qızıl mədənləri aşkarlandı

Türkiyənin şərqində bir milyard dollarlıq qızıl ehtiyatları aşkarlanıb. MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə yeni şaxtanın …