Çərşənbə axşamı , İyun 2 2020
Home / Dünya / Piton narkotik asılılığından müalicə olunur

Piton narkotik asılılığından müalicə olunur

   Avstraliyada iki metrlik piton ilanı narkotik asılılığından müalicə edirlər. Bu barədə Mediaktiv.az Sputnik.az-a istinadən xəbər verir.
Piton metamfetamin hazırlanan yeraltı laboratoriyada yaşayırmış. Kimyəvi dumanlar və havaya buxarlanan narkotik vasitələrin hissəcikləri pitonu narkomana çevirib.
Polis reydi zamanı bu sürünən varlıq hüquq-mühafizə orqanlarının əlinə düşüb. Onu Sidneydəki heyvanlar üçün olan nəhəng həbsxana kompleksinə göndəriblər.  Kompleksin əməkdaşı İena Mitçellanın sözlərinə görə, əvvəlcə ilan özünü sakit, sonra isə aqressiv və proqnozlaşdırılmaz tərzdə aparıb. Adəti üzrə sakit və yavaş olan digər pitonlardan fərqli olaraq, sözügedən piton yerləşdirildiyi konteynerdə fasiləsiz olaraq sürünüb və özünü ora-bura vurmağa başlayıb. Sürünənin narkomaniya asılılığından tamamilə xilas olması üçün yeddi ay tələb olunur. Hazırda ona yeni sahib axtarılır. Xatırladaq ki, aprelin əvvəllərində ABŞ-ın Florida ştatının cənubunda tünd zolaqlı piton aşkarlanıb. Onun uzunluğu 5 metr, çəkisi isə 65 kq olub.

Həmçinin oxuyun

Naxçıvanın təbii mineralı seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent …