Cümə , May 29 2020
Home / Dünya / Plastik qapı-pəncərə işi ilə məşğul olan şəxsin evinə basqın ediblər.

Plastik qapı-pəncərə işi ilə məşğul olan şəxsin evinə basqın ediblər.

   Mediaktiv.az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 84 yaşlı qəsəbə sakini Bilqeys Qafarova qonşuların köməyi ilə polisə xəbər verib ki, iki nəfər tanımadığı şəxs onu evində döyərək barmağından qızıl üzüyü aparıblar.

  Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan rayon polis idarəsinin əməkdaşları çox çəkməyib ki, quldurluqda şübhəli kimi Bərdə rayon sakinləri 23 yaşlı Rüfət Rəhimov və 22 yaşlı Zamin Muradovu saxlayıb. Ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan Rüfət Rəhimov qadının oğlunu bir neçə ildir plastik qapı pəncərə işi ilə məşğul olan kimi tanıyıb. Evdə küllü miqdarda pulun olması barədə Rüfət tanışı qəssab işləyən Zamin Muradova məlumat verib. Plana əsasən Rüfət bayırda ətrafa nəzarət edib. Zamin isə evə daxil olub.

   Zamin Müradovun sözlərinə görə, oradan cəmi 50 manat tapa bilib. O, eyni zamanda huşu itmiş Bilqeyis Qafarovanın əlindəki üzüyü də götürərək Rüfət Rəhimovla birlikdə oranı tərk edib.

   Saxlanılan şəxslərin ifadələrindən fərqli olaraq, zərərçəkən evindən 2400 manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının götürüldüyünü iddia edir. Faktla bağlı Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

[embedyt] http://www.youtube.com/watch?v=WX1JQuLXo2g[/embedyt]

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …