Şənbə , May 8 2021
Home / Dünya / Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

MediAktiv.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00-da) açılıb və yerli vaxtla saat 21:00-da bağlanacaq.

Yalnız məntəqələrin bağlanmasından sonra “exit poll”un ilk məlumatları elan ediləcək.

Polşanın Dövlət Seçki Komissiyasının məlumatına görə, səsəvermələrdə təxminən 30 milyon seçici iştirak etmək hüququna malikdir. Seçkilərin keçirilməsi üçün ölkənin xarici də nəzərə almaqla, 27 mindən çox seçki məntəqəsi yaradılıb.

Koronavirus pandemiyasına görə səsvermə qarışıq prinsip üzrə keçirilir. Səsvermə üçün məntəqələrə gəlməyi arzu etməyən seçicilər öz səslərini elektron poçt vasitəsilə verə bilərlər.

Seçkilərin ikinci turunda Polşanın hazırkı prezidenti, “Hüquq və ədalət” hakim partiyasından namizəd Andjey Duda, müxalifət birliyindən “Vətəndaş koalisiyası” nın namizədi Rafal Tşaskovski rəqabət aparırlar.

Həmçinin oxuyun

Ermənistanda seçki ərəfəsində ictimai-siyasi vəziyyət gərginləşməkdədir

Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət gündən-günə gərginləşməkdədir. Bunun əsasında bir neçə …