Cümə axşamı , İyun 4 2020
Home / Dünya / Prezident 4 naziri vəzifəsindən azad etdi

Prezident 4 naziri vəzifəsindən azad etdi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətdə kadr dəyişikliyi həyata keçirib.

Q. Berdıməhəmmədov 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda belə bir qərar qəbul edib.

Türkmənistan prezidenti işlərində yol verdikləri ciddi çatışmazlığa görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov və kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad edib.

Berdıməhəmmədovun imzaladığı sərəncamla “Türkmenstandartlary” Dövlət Xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edib.

Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər. “Turkmenistan.ru”

Həmçinin oxuyun

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. MediAktiv.az  xəbər verir …