Çərşənbə , Oktyabr 23 2019
Home / Dünya / Putinin doğum günü: Rusiya prezidentinə gələn ən orijinal hədiyyələr

Putinin doğum günü: Rusiya prezidentinə gələn ən orijinal hədiyyələr

Rusiya prezidenti Vladimir Putinin 67 yaşı tamam olub. Dövlət başçısının doğum gününü təbiət qoynunda yaxınları və dostlarının əhatəsində keçirəcəyi bildirilir.

Prezidentin doğum günündə fərqli və maraqlı hədiyyələr alması təəccüblü deyil. Onlardan bəziləri bizə məlumdur. Belə ki, 2002-ci ildə Vladimir Putinin 50 illik yubileyi Kişinyovda MDB ölkələri liderlərinin görüşünə təsadüf edib. Moldova Prezidenti Vladimir Voronin Rusiya dövlət başçısına xatirə olaraq büllur timsah hədiyyə edərək, “timsah geri addım atmayan yeganə varlıqdır” deyib.

2008-ci ildə Rusiyanın Baş naziri Vladimir Putinə ad günü hədiyyəsi olaraq  iki aylıq Ussuri pələng balası verilib (hədiyyəni verənin adı açıqlanmayıb). Putinin fikrincə, bu, onun həyatındakı ən orijinal hədiyyə olub. Bir müddət Maşa adlı ev heyvanı Novo-Oqarevoda qalıb. Daha sonra onu Gelencikdəki zooparka aparıblar.

2017-ci ildə növbəti orijinal hədiyyə İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan olub.

Bundan bir neçə gün sonra Türkmənistan prezidenti gecikmiş hədiyyəsini təqdim edib: “Sadiq” adlı alabay küçüyü.

Soçidə, oktyabrın 7-də Rusiya prezidenti italyan siyasətçi ilə görüş zamanı üzərində Putin və Berluskoninin Müqəddəs Basil kilsəsi və Kolizey fonunda əl-ələ tutması təsvir edilən yorğan örtüyünü hədiyyə alıb.

Həmçinin oxuyun

Rusiyalı teleaparıcı Qinnesin rekordlar kitabına düşdü

Rusiyalı teleaparıcı Vladimir Solovyov Qinnesin rekordlar kitabına düşüb. Jurnalist həftə ərzində canlı efirdə ən çox …