Çərşənbə , Aprel 21 2021
Home / Dünya / Qəribə oğurluq: 24 min arı yoxa çıxdı

Qəribə oğurluq: 24 min arı yoxa çıxdı

Böyük Britaniyanın Cənubi Yorkshire qraflığında qəribə oğurluq hadisəsi baş verib: Amanda Claytona məxsus təsərrüfatdan 24 min arı oğurlanıb.

Mediaktiv.az Publika.az-a istinadən xəbər verir ki, oğrular çox peşəkar – həşəratlarla işləmək vərdişləri olanlar olub.

Bu, bu il Britaniyada baş verən ilk belə oğurluq hadisəsidir. Oğurlanmış arıların və pətəklərin ümumi dəyəri 2 min funtdur.

“Arı saxlamaq çox zəhmətlidir və ucuz deyil, onların yox olması qəlbimi qırır: Arılar çox fəal, pətəklər isə dolu idi”, BBC-yə danışan Clayton bildirib.

Cinayət yerindən uyuşdurucu üçün xüsusi qurğu tapılıb. Ehtimala görə, bu, arıların dişləməməsi üçün istifadə edilib.

Hazırda bir il yarımdır arıçı olan Clayton təsərrüfatına təhlükəsizlik sistemi qurdurur.

Həmçinin oxuyun

Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı

Azərbaycanın işğaldan azad edilən ərazilərində dünən aparılan axtarışların gedişatında ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab …