Bazar , Sentyabr 19 2021
Home / Dünya / Qətər blokadadan çıxır

Qətər blokadadan çıxır

Qətərlə Səudiyyə Ərəbistanı və digər ölkələr arasında əlaqələrin normallaşdırılmasına dair razılaşma çərşənbə axşamı (5 dekabr – Red) imzalanacaq.

 MEDIAKTIV.AZ verir ki, bu barədə “Reuters” ABŞ rəhbərliyindəki yüksək vəzifəli şəxsə istinadla məlumat verib.

Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir razılaşmaya qoşulacaq. Öz növbəsində, Doha bu ölkələrə qarşı iddialardan imtina edəcək.

5 yanvarda Ər-Riyadda Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası 41-ci Zirvə görüşü keçiriləcək. Budan əvvəl Şuraya daxil olan ölkələrin xarici işlər nazirləri Zirvə görüşünü bölgə ölkələri arasında rəsmi Doha ilə üç il yarımdan çoxdur davam edən münaqişəni həll etmək üçün fürsət kimi qiymətləndirdiklərini bildiriblər.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …