Şənbə , Sentyabr 21 2019
Home / Dünya / Qadın polisi aldadıb – bıçaqlanma hadisəsi

Qadın polisi aldadıb – bıçaqlanma hadisəsi

      Hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi, Şıxlinski küçəsi 42, yataqxana 1 mənzil 501-də qeydə alınıb.

     Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı evdə əri ilə mübahisə edib, sonra isə öz boyun nahiyəsinə iki bıçaq zərbəsi vurub. Bundan sonra qadın təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralı qadının vəziyyəti orta-ağırdı.

      Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

      İlkin olaraq qadının yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanaraq əl çantasının aparıldığı barədə informasiya getmişdi. Həmçinin hadisənin Nizami rayon ərazisində baş verdiyi göstərilmişdi. Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın polisə yalan informasiya verib.

08:47

       Bakının Nizami rayonunun 8-ci km qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı yaşadığı binanın girişində iki naməlum şəxsin hücumuna məruz qalıb.

       Həmin şəxslər qızın boyun nahiyəsinə iki bıçaq zərbəsi endiriblər və əlindəki çantanı zorla alaraq qaçıblar. Ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

           Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

ABŞ kosmosa silah yerləşdirir

“ABŞ kosmosa silah yerləşdirmə planlarını icra etməyə başlayıb”. Bunu Rusiya Xarici işlər naziri Serqey Lavrov …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir