Cümə , Dekabr 6 2019
Home / Dünya / Qalx ayağa, Azərbaycan!

Qalx ayağa, Azərbaycan!

       1918-ci il bu gün, yəni 31 mart günü mənfur düşmənimiz ermənilərin Azərbayacana yaşatdığı ən dəhşətli günlərdən biridir. Ötən iki əsrdə xalqımızın erməni vəhşiləri tərəfindən dəfələrlə soyqrımına məruz qalması tariximizin qanlı səhifələridir. Qan yaddaşımıza çevrilən bu səhifələri unutmağa heç birimizin mənəvi haqqı yoxdur. Ermənilərin bu mənfur siyasətinin arxasında əzəli torpaqlarımıza sahib çıxmaq planları dayanırdı. Onlar 1918-ci ilin martında soyqırımı Bakı qırğınları ilə başlamışdır. Şamuyanın fitvası ilə martın sonlarında başlanılmış, tarixə “mart qırğınları” adı ilə düşmüşdür və təkcə Bakıda 12 min soydaşımız qətlə yetirilmişdir. Qan içən Hamazaspın başçılıq etdiyi erməni quldur dəstəsi Şamaxıda 8 min azərbaycanlını öldürmüş, 72 kəndi tamamilə yandırmışlar. Qubada öldürülənlərin sayı isə 16 min idi. Sağ qalan əhali Naxçıvana üz tuturdular. Bəli, bunlar ürək dağlayan həqiqətlərdir. Tökülən günahsız qanlar, yandırılıb dağıdılan yurd yerlərimizin harayı uzun müddət nəinki dünyaya, heç özümüzə də lazımınca çatdırılmayıb. Ermənilərin saxta soyqırım iddiaları ilə dünyanı çaş- baş salması da bununla əlaqədardır.

      Ümummillli liderimiz Heydər Əliyevin 1998-ci ilin martın 26-da imzaladığı məlum fərmandan sonra erməni millətçilərinin cinayətkar əməllərinin ifşası istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almağa başladı. Artıq dünya birliyi də get-gedə erməni millətçilərinin iç üzünə yaxından bələd olur, onların yalan iddia və uydurmalarına əhəmiyyət vermir. Hər il 31 martın “Azərbaycanlıların Soyqrımı Günü” kimi qeyd olunması da bu sahələrdə aparılan təbliğat işlərində mühüm rol oynayır.

        Bəli, qanlı keçmişi şəhidlərimiz öz qanları ilə yazıblar. Bu gün bu torpaqda azad, rahat yaşayırıqsa bunu onlara borcluyuq. İnanıram ki, bu günahsız insanların qanı yerdə qalmayacaq. Artıq susmağın yox, irəli getməyin zamanıdır. İşğalda olan torpaqlarımız, xarı bülbülümüz, Şuşamız, Kəlbəcərimiz bizim yolumuzu gözləyir. QALX AYAĞA, AZƏRBAYCAN! Əliyalın tank altına çıxan millətimizin, günahsız vəhşiliklə öldürülən körpə balalarımızın qisasını almaq vaxtı artıq yetişib.

Həmçinin oxuyun

Suriyada ABŞ hərbi bazasına hücum olub

Bir qrup naməlum şəxs Suriyanın cənub şərqində yerləşən ABŞ hərbi bazasına hücum edib. Xəbəri Suriyanın “Al-İkhbariya” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir